Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində qəbul keçirilib

18-09-2020 393 dəfə oxunub
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində qəbul keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar müraciətləri əsasında qəbul edilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında müəssisəyə təşkil olunan səfər çərçivəsində məhkumlar qəbul edilib, konfidensial qaydada söhbətlər aparılıb.

MPQ üzvləri tərəfindən müəssisədə cəza çəkən məhkumların saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.

Məhkumlara Ombudsmanın səalahiyyətləri  barədə məlumat və qaldırdıqları məsələlər üzrə  hüquqi məsləhətlər verilib.

Müvəkkilə ünvanlanmış müraciətlər qəbul olunub.