Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirici tədbirlər keçirilib

21-11-2023 277 dəfə oxunub
Ombudsmanın Regional mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub Regional mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Gəncə, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Xızı, Şabran, Siyəzən, Quba, Qusar və Xaçmazda keçirilmiş tədbirlərdə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə məlumat verilib.

Tədbirlərdə sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təbliği, uşaqlar və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı sosial-hüquqi mübarizənin gücləndirilməsi mövzularında çıxışlar dinlənilib, uşaq hüquqları sahəsində mövcud olan normativ hüquqi aktların tələblərindən bəhs olunub.

Tədbirlərin yekununda mövzular üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.