Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları “Uşaq Hüquqları Aylığı” çərçivəsində İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təşkil olunmuş maarifləndirici təlimdə iştirak ediblər.
Təlimdə uşaq hüquqlarının səmərəli müdafiəsi, təmini və təbliği ilə bağlı Aparatın əməkdaşları tərəfindən təqdimatlar nümayiş olunub, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, dövlət uşaq müəssisələrində keçirilən monitorinqlər və Ombudsmana müraciət üsulları barədə məlumatlar verilib.
Yekunda şagirdlərin mövzu üzrə sualları cavablandırılıb, Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqlarının təbliğinə dair hazırlanmış maarifləndirici vəsaitlər paylanılıb.