Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional mərkəzləri tərəfindən Milli Dirçəliş Günü münasibətilə tədbirlər keçirilib

17-11-2023 236 dəfə oxunub
Ombudsmanın Regional mərkəzləri tərəfindən Milli Dirçəliş Günü münasibətilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb və Qərb Regional mərkəzləri tərəfindən 17 Noyabr – Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.

Gəncə, Şəki və Qubada keçirilmiş tədbirlərdə yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirlərdə Regional mərkəzlərin əməkdaşları tərəfindən iştirakçılara Milli Dirçəliş Gününün tarixi və əhəmiyyəti barədə məlumat verilib.