Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2020 70 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva xalqımızın Ümummilli lideri  Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevə Fəxri xiyabana gələrək dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə güllər düzülüb.

Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı və Ümummilli liderHeydər Əliyevin  ölkəmizə rəhbərliyi dövründə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunaraq daim diqqət mərkəzində saxlanılıb. 

Azərbaycanın bu gün dünya ölkələri arasında müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkəmizdə aparılan hüquqi və institusional islahatlar nəticəsində insan hüquqlarının təmini və müdafiəsinə xidmət edən qanunvericilik bazasının, mühüm əhəmiyyətə malik hüquq müdafiə  mexanizmlərinin formalaşdırılması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Ümummilli lider tərəfindən təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması” təsbit olunub. 

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə dekabrın 28-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu qəbul olunub.

Bu gün Ombudsman təsisatı öz fəaliyyətini hüquqi dövlətin tələblərinə müvafiq olaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalətqərəzsizlik prinsipləri əsasında ardıcıl şəkildə və uğurla davam etdirir.