Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi tərəfindən əmək və sosial təminat hüquqları üzrə mühazirə oxunub

16-11-2023 251 dəfə oxunub
Ombudsmanın nümayəndəsi tərəfindən əmək və sosial təminat hüquqları üzrə mühazirə oxunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında mövcud olan əməkdaşlıq çərçivəsində həmkarlar ittifaqlarının kadr və fəalları üçün “Beynəlxalq əmək hüququ standartlarına riayət olunmasına beynəlxalq nəzarət və sosial təminat hüquqları” mövzusunda qısamüddətli ixtisasartırma kursu təşkil edilib.

Aparatın Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov tərəfindən oxunmuş mühazirədə beynəlxalq hüquqi aktlar, həmin sənədlərə riayət olunması üzrə nəzarət mexanizmləri, habelə Ombudsmanın əmək və sosial təminat hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə məlumat verilib.

Yekunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.