Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi şəhid ailələrini ziyarət edib

16-11-2023 348 dəfə oxunub
Ombudsmanın nümayəndəsi şəhid ailələrini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov İkinci Qarabağ müharibəsində şəhid olmuş Camal İsmayılov, Xəyyam Əzizov, Kamran Quliyev, Mübariz İbrahimov, Elçin Tağıyev, Nicat Qasımzadə, Rəşad Abdullayev, Tacir Eminov, Əkrəm Kəlbiyev, Elçin Tağıyev, Məhərrəm Hüseynov, Davud Qiyasov, Füzuli Həbibi, Vüsal Məhərrəmov, Xəyal Əhədzadə, Kənan Axundzadə, Yusif Xəlilov, Samir Allahverdiyev, Tarzan Həşimov, Nicat Nəzərlinin ailələrini ziyarət edib.

Görüşlər zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib.

Regional Mərkəzinin rəhbəri şəhid ailələrinin, qazi və müharibə veteranlarının hüquqlarının müdafiəsinin hər zaman Müvəkkilin diqqət mərkəzində olduğunu bildirib.