Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

IX Bakı Beynəlxalq Kitab Sərgisində “Genderə giriş” mühazirələr toplusu kitabının təqdimatı keçirilib

15-11-2023 114 dəfə oxunub
IX Bakı Beynəlxalq Kitab Sərgisində “Genderə giriş” mühazirələr toplusu kitabının təqdimatı keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində təkmilləşdirilərək və ingilis dilinə tərcümə olunaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın ümumi redaktəsi ilə dərc olunmuş “Genderə giriş” mühazirələr toplusu kitabının təqdimatı keçirilib. Təqdimatda Ombudsman təsisatının əməkdaşları, sərgi iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Təqdimatda təsisatın fəaliyyətə başladığı dövrdən hüquq elminin inkişaf etdirilməsinə, əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqətlə yanaşdığı bildirilib. Qeyd olunub ki, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təbliği Müvəkkilin əsas fəaliyyət istiqamətlərindəndir.

Ombudsmanın təşəbbüsü ilə ərsəyə gələn “Genderə giriş” mühazirələr toplusu kitabında yer alan qadın hüquqlarının milli və beynəlxalq müdafiə mexanizmləri, gender problemləri, qadın hərəkatının inkişaf mərhələləri, qadın hüquqlarının və gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilən fəaliyyət barədə sərgi iştirakçılarına geniş məlumat verilib.

Bundan əlavə, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması hallarının araşdırılması məqsədilə Müvəkkilin rəhbərlik etdiyi heyət tərəfindən həyata keçirilən yerində araşdırmaların nəticələrinə əsaslanan xüsusi hesabatlar sərgi iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, həmin hesabatlar aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.

Builki sərgidə Ombudsman təsisatının Azərbaycan, rus və ingilis dillərində 240 adda nəşri sərgilənməkdədir.