Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi jurnalist yazı və uşaq rəsm müsabiqələrini elan edir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində cari ildə hər iki müsabiqə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusuna həsr olunub.
Jurnalist Yazı müsabiqəsinin tələbləri:
Uşaq Rəsm müsabiqəsinin tələbləri:
Qeyd: Müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq. İştirakçılar rəsmləri müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.
Müsabiqə üçün həm jurnalist yazıları, həm də uşaq rəsmləri 01 dekabr 2023-ci il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II qapı) təqdim edilməlidir.
Əlaqə telefonları:
Jurnalist yazıları: (012) 493 94 68
Uşaq rəsmləri: (012) 493 74 22 (ümumi şöbə)