Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ailədaxili şiddət və qadınlara qarşı zorakılıqla bağlı tədbirdə iştirak edib

07-12-2019 546 dəfə oxunub
Ombudsman ailədaxili şiddət və qadınlara qarşı zorakılıqla bağlı tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 7 dekabr 2019-cu il tarixdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin təşkilatçılığı ilə keçirilən “Ailədaxili şiddətlə  mübarizədə aydınların rolu" adlı tədbirdə və “Qadına qarşı zorakılığa  “YOX!” deyək" maarifləndirici sosial çarxın təqdimatında iştirak edib.

Tədbirdə çıxış edən Səbinə Əliyeva qeyd edib ki, qadın hüquqlarının müdafiəsi, onların pozulmuş hüquqlarının bərpası, qadınlara qarşı zorakılıqla mübarizə, bu sahədə maarifləndirmənin aparılması, gender bərabərliyinin təmini daim Ombudsmanın diqqətindədir.

Zorakılıqla mübarizənin müxtəlif mərhələlər üzrə aparmalı olduğunu deyən Ombudsman bildirib ki, öncə preventiv üsullarla zorakılığın qarşısını almaq, hüquqi maarifləndirmə, ailələrlə, icmalarla görüşlər, söhbətlər və izahat işi aparmaq lazımdır. Eyni zamanda, zorakılıq hallarının aşkar olunması, pozulmuş hüquqların bərpası, xüsusi sığınacaqların, krizis mərkəzlərinin yaradılması, zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi-psixoloji yardımların göstərilməsi, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, reproduktiv sağlamlıq strategiyasının inkişaf etdirilməsi, azyaşlı qızların təhsildən kənarda qalmasının və erkən evliliyin qarşısının alınması üzrə tədbirlər görülməsi, ailədə qadınlara və qız uşaqlarına qarşı zorakılığın aradan qaldırılması üzrə xüsusi proqramların hazırlanması zəruridir.

Müvəkkil əlavə edib ki, bu problemin həlli, bütövlükdə isə, qadın hüquqularının daha səmərəli müdafiəsi üçün Avropa Şurasının“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyasının Milli Məclis tərəfindən ratifikasiya edilməsi, müvafiq məlumat bazasının yaradılması və bu sahədə ixtisaslamış QHT-lərin sayının artması önəmlidir.