Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Qərb Regional mərkəzlərinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Musa Məhəmmədovun, Orxan İsmayılovun, Səttar Piriyevin, Səbuhi Əliyevin, Röyan Hüseynovun, Rəhman Bayramovun, İlkin Məmmədovun və Orxan Yusifovun ailələrini ziyarət ediblər.
Görüşlər zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, onların torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri şücaətdən bəhs olunub.
Eyni zamanda, şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsinə Ombudsman tərəfindən daim xüsusi diqqət göstərildiyi bildirilib, bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib.