Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri keçirilib

06-11-2023 209 dəfə oxunub
Ombudsmanın Regional mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb və Şimal-Qərb Regional mərkəzləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

Şabran, Xızı, Şəki, Tovuz, Gəncə və Samuxda “Hüquqlarımızı bilək və zərərli vərdişlərdən uzaq olaq!”, “Erkən nikahların mənfi tibbi, sosial və hüquqi nəticələri”, “Hüquqlarımızı öyrənək və bilək” və “Mənim hüquqlarım” mövzularında keçirilmiş tədbirlərdə uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu qeyd edilib, bu sahədə görülən işlər barədə məlumat verilib.

Tədbirlərdə uşaqların ayrı-seçkilik, zorakılıq, istismar və laqeyd rəftar hallarından, zərərli vərdişlərdən qorunmalarından, uşaq hüquqları sahəsində mövcud olan normativ hüquqi aktların tələblərindən bəhs edilib.

Tədbirlərin yekununda mövzular üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.