Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Bərabər haqlar, bərabər imkanlar: hamı üçün inkişaf” adlı tədbirdə iştirak edib

06-11-2023 217 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Bərabər haqlar, bərabər imkanlar: hamı üçün inkişaf” adlı tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 nömrəli tam orta məktəbdə “Bərabər haqlar, bərabər imkanlar: Hamı üçün inkişaf” adlı tədbir keçirilib.

Bir sıra dövlət qurumlarının, rayon üzrə hüquq-mühafizə orqanlarının nümayəndələrinin, həmçinin məktəblilərin iştirakı ilə keçirilmiş tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı çıxış edərək, Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib.

Çıxış zamanı tədbir iştirakçıları bu sahədə mövcud olan beynəlxalq sənədlər, milli qanunvericilik aktları və müdafiə mexanizmləri, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumatlandırılıb.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.