Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfransda çıxış edib

04-11-2023 268 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfransda çıxış edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin apardığı hüquqi islahatlar və onların əhəmiyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Bir sıra dövlət qurumlarının, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və media subyektlərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudovun “Heydər Əliyev və Azərbaycanda insan hüquqları sahəsində islahatlar” adlı çıxışı dinlənilib.

Çıxışda görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqları üzrə qanunvericilik bazasının və institusional mexanizmlərin formalaşdırılması, ilk dövlət proqramının təsdiq edilməsi, Ombudsman təsisatının yaradılması və əldə olunmuş digər uğurlardan bəhs olunub.

Konfrans mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.