Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman UNICEF-in ölkəmizdəki nümayəndəsini qəbul edib

01-11-2023 169 dəfə oxunub
Ombudsman UNICEF-in ölkəmizdəki nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykensi qəbul edib.

Müvəkkil görüşdə uşaq hüquqlarının müdafiəsinin əhəmiyyətini qeyd edərək, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərlə Ombudsmana “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyətinin verildiyini bildirib.

S.Əliyeva uşaq hüquqlarının müdafiəsi sahəsində və hazırda “Uşaq Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq, Fəaliyyət Planına uyğun olaraq bu sahədə görülmüş işlərdən danışıb.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində uşaq hüquqlarının təmini vəziyyətinin monitorinqi, miqrant uşaqların hüquqlarının müdafiəsi, yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi və digər istiqamətlərdə həyata keçirilən fəaliyyətlər haqqında müzakirələr aparılıb.

Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, bu ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini bildirib, bu prosesdə əhalinin həssas qruplarının, o cümlədən uşaqların hüquqlarının təmini məsələlərinin vacibliyini vurğulayıb.

Görüşdə uşaqların mina təhlükəsizliyi barəsində məlumatlandırılması, iqlim dəyişiklərinin uşaqlara təsiri ilə də bağlı müzakirələr aparılıb.

Aleks Haykens ölkədə fəaliyyət göstərdiyi dövrdə uşaqların hüquqlarının təmini istiqamətində mühüm işlər görüldüyünü və bu sahədə əməkdaşlığa görə Ombudsmana təşəkkürünü bildirib.

Görüşdə qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Yekunda Səbinə Əliyeva ölkəmizdə fəaliyyətini başa vuran Aleks Haykensə təşəkkürünü bildirərək gələcək fəaliyyətində uğurlar arzulayıb və xatirə olaraq Ombudsman təsisatının 20 illiyinə həsr olunmuş poçt markasını qonağa təqdim edib.