Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Murad İbrahimovun və Hikmət Həsənovun ailələrini ziyarət ediblər.
Görüşlər zamanı şəhidlərin xatirəsi ehtiramla yad edilib, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal şəkildə iştirak etmiş şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.
Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsinə Ombudsman tərəfindən daim xüsusi diqqət göstərildiyini qeyd edib, bu istiqamətdə həyata keçirilən fəaliyyət barədə məlumat verib.