Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ermənistanın növbəti mina terroruna qarşı Ombudsmanın reaksiyası

07-10-2023 216 dəfə oxunub
Ermənistanın növbəti mina terroruna qarşı Ombudsmanın reaksiyası

Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçularımızın həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir.

Oktyabrın 6-da baş vermiş üç mina hadisəsi nəticəsində bir mülki şəxs həlak olmuş, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu və digər mülki şəxs yaralanmışdır.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçularımızın təhlükəsizliyinə, regionda sülh quruculuğu prosesinə, həyata keçirilən infrastruktur layihələrinin icrasına, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təhvil verməməsi mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnir. Ermənistanın bu addımı onların bölgədə sülhün bərpa olunmasında maraqlı olmadıqlarını bir daha göstərir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, dəqiq mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə təhvil verməsini, regionda sülhün bərqərar olunmasında birliyin nümayiş olunmasını qəti şəkildə tələb edir, beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna qarşı müvafiq sanksiyalar tətbiq etməyə çağırıram.

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

7 oktyabr 2023-cü il