Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Səbinə Əliyeva İstanbulda Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının növbəti iclasında iştirak edib

06-10-2023 264 dəfə oxunub
Səbinə Əliyeva İstanbulda Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının növbəti iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İstanbulda Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) növbəti iclasında iştirak edib.

Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil TÜRKOMB-a üzv dövlətlərin insan hüquqlarının müdafiəsi ilə bağlı əməkdaşlığının davamlı olaraq gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ombudsman Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti nəticəsində regional və qlobal ekoloji təhlükənin yaranması, eləcə də şəxslərin sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması barədə məlumat verib, AES-in fəaliyyətinin davam etdirdiyi təqdirdə gələcəkdə yarana biləcək təhlükəyə diqqət çəkib. S.Əliyeva gələcəkdə yarana biləcək təhlükələrin qarşının alınmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə həmrəylik nümayiş etdirilməsi istiqamətində çağırış edib.

İclasda ombudsmanlar fəaliyyətləri ilə bağlı məlumat verib, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.