Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən növbəti başçəkmə həyata keçirilmişdir

26-09-2017 11304 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən növbəti başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasına əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirmişlər. 

Başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olmuşdur.

MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilmişdir.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət öyrənilmişdir.  

Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.