Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Sülh aylığı çərçivəsində Gəncə və Şəki regional mərkəzləri tərəfindən tədbirlər keçirilib

31-08-2017 166 dəfə oxunub
Sülh aylığı çərçivəsində Gəncə və Şəki regional mərkəzləri tərəfindən tədbirlər keçirilib

Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən “İslam həmrəyliyi və insan hüquqları” mövzusunda tədbir təşkil olunmuşdur. Tədbir təhsil, səhiyyə, mədəniyyət, bələdiyyə, QHT sahələrində çalışan şəxslərin, fəal gənclərin iştirakı ilə keçirilmişdir.

Tədbirdə çıxış edən Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov hər il ölkəmizdə Müvəkkilin təşəbbüsü ilə keçirilən “Sülh aylığının” əhəmiyyətindən bəhs etmişdir.

Digər tədbir Şəki regional mərkəzi tərəfindən Qax, Balakən və Mingəçevirdə yerli icra və özünü idarəetmə orqanlarının əməkdaşlarının, həmçinin sakinlərin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.

Regional mərkəzin rəhbəri Pərviz Məmmədov 21 sentyabr tarixinin bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunduğunu bildirmiş, Müvəkkilin sülh mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər barədə iştirakçılara məlumat vermişdir.