Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı əməkdaşlarının Portuqaliyaya səfəri uğurla başa çatmışdır

24-10-2017 2296 dəfə oxunub
Ombudsman Aparatı əməkdaşlarının Portuqaliyaya səfəri  uğurla başa çatmışdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı və təsisatın bir qrup əməkdaşı Almaniya, Yunanıstan, Polşa və Portuqaliyadan olan tərəfdaşların iştirakı ilə Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Portuqaliyada səmərəli təcrübə mübadiləsi keçirmişlər.

Təcrübə səfərinin ilk günündə həmin ölkənin paytaxtı Lissabon şəhərində Portuqaliya Ombudsmanı və əməkdaşları ilə rəsmi görüş keçirilmişdir. Görüşdə hər iki ölkənin müvafiq təsisatlarının insan hüquqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, müsbət iş təcrübəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş, səmərəli fikir mübadiləsi aparılmışdır. 

Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanovanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, o cümlədən onun beynəlxalq əlaqələri, BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlarla həyata keçirdiyi layihələr barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən A statusu ilə akkreditasiya olunmuş və dünyada xüsusi nüfuzu olan Azərbaycan Ombudsmanı insan hüquqlarının müdafiəsi sahəsində müstəqil fəaliyyət göstərməkdədir.

Portuqaliya Ombudsmanı azərbaycanlı həmkarının fəaliyyəti ilə yaxından tanış olduğunu və onun insan hüquqları sahəsində gördüyü işləri və səmərəli beynəlxalq əməkdaşlığını yüksək dəyərləndirmişdir.

Görüşdə Azərbaycan həqiqətləri və zəngin mədəniyyəti barədə məlumatların əks olunduğu disklər və ədəbiyyat, Müvəkkilin illik məruzələri və Aparatda hazırlanmış hüquqi nəşrlər Portuqaliya Ombudsman təsisatına təqdim edilmişdir.

Sonra Portuqaliya Ombudsman ofisinin fəaliyyəti və strukturu, burada insan hüquqları sahəsində görülən işlərlə, o cümlədən ayrı-ayrı şöbələrin fəaliyyəti ilə əyani tanışlıq olmuş, Azərbaycan Ombudsman Aparatı əməkdaşlarının sualları cavablandırılmışdır. Eyni zamanda digər hüquqlarla yanaşı, uşaqların, ahılların, fiziki qüsurlu insanların, habelə əhalinin digər həssas qruplarının hüquqları, habelə həmin ofisdə yaradılmış uşaq hüquqları üzrə qaynar xətlə əlaqədar səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.

Növbəti gün Lissabon şəhərində yerləşən Miqrantların İnteqrasiyası üçün Milli Mərkəzin fəaliyyəti ilə yerində tanışlıq olmuş, Portuqaliyada miqrantların qəbulu və cəmiyyətə inteqrasiyası üzrə görülən tədbirlər barədə məlumat alınmışdır. Həmin Mərkəzin rəhbərliyi ilə görüş zamanı qaçqın və məcburi köçkün, miqrant məsələsinin Azərbaycan üçün aktual xarakter daşıdığı qeyd olunmuş, 25 ildən artıq Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünlərə çevrilərək beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması barədə ətraflı məlumat verilmiş, Azərbaycan Ombudsmanın qaçqın və məcburi köçkün, miqrantların hüquqlarının müdafiəsi sahəsində iş təcrübəsi diqqətə çatdırılmışdır.

Növbəti görüş Lissabon şəhərinin yaxınlığında yerləşən Sintra bələdiyyəsində olmuş, səmərəli fikir mübadiləsi aparılmışdır. Bələdiyyə sədri burada yerli özünüidarəetmə orqanı ilə əhali arasında münasibətlər, icra modeli, yerli sakinlərə dəstək göstərilməsi, vətəndaşlara dəstək ofisi, çoxsaylı sosial proqramlar, müxtəlif əhali qruplarının, o cümlədən ahılların, əlilliyi olan şəxslərin, miqrantların sosial dəstək proqramları, bir çox sahələr üzrə müsbət təcrübələri haqqında məlumat vermişdir.

Ombudsman Aparatının əməkdaşları Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən əsas tədbirlər, vətəndaşların sosial rifahı istiqamətində tətbiq edilən geniş proqramlar, dünyada Azərbaycan brendi kimi tanınan uğurlu ASAN xidməti, o cümlədən ABAD layihəsi, bu sahədə görülən çoxsaylı işlər haqqında danışmışlar.

Səfər çərçivəsində Portuqaliya Xarici İşlər Nazirliyində bu qurumun nümayəndəsi xanım F.Almeyda ilə mühüm görüşdə Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyi nəzərə çatdırılmış, Aİ-nın bir sıra proqram və layihələrində fəal iştirak olunduğu qeyd edilmişdir.

Görüş zamanı Ermənistanın ölkəmizə qarşı uzun müddətdir davam edən işğalçılıq və terrorçuluq siyasəti, bunun ağır nəticələri və insan hüquqlarının kütləvi şəkildə pozulduğu bildirilmiş, Azərbaycan Ombudsmanın bununla bağlı qəbul etdiyi bəyanatlar Portuqaliya XİN-in rəsmisinə təqdim edilmişdir. Görüşdə həmçinin son dövrlər bəzi regional təşkilatların rəhbərliyi tərəfindən Azərbaycana qarşı yürüdülən ikili standartlar barədə məlumat verilərək, bu kimi yanaşmanın qəbulolunmazlığı, gələcək əməkdaşlığa xələl gətirdiyi bildirilmişdir. Buna baxmayaraq Azərbaycanın Avropa İttifaqı, bu quruma daxil olan dövlətlərlə, o cümlədən Portuqaliya ilə effektiv əməkdaşlığı nəticəsində Tvinninq layihəsinin uğurla davam etdiyi diqqətə çatdırılmışdır. 

Səfər çərçivəsində Ombudsman Aparatının əməkdaşları Lissabon Həbsxanasına da getmiş, bu müəssisədəki vəziyyətlə tanış olmuş, müəssisə rəhbərliyi və əməkdaşları, habelə məhkumlarla söhbətlər aparılmış, məhkumların hüquqlarının müdafiəsi baxımından təcrübə mübadiləsi aparılmışdır. Ombudsman Aparatı əməkdaşlarının Portuqaliyaya səfəri uğurla başa çatmışdır.

Səfər çərçivəsində Ombudsman Aparatının əməkdaşları Lissabon Həbsxanasına da getmiş, bu müəssisədəki vəziyyətlə tanış olmuş, müəssisə rəhbərliyi və əməkdaşları, habelə məhkumlarla söhbətlər aparılmış, məhkumların hüquqlarının müdafiəsi baxımından təcrübə mübadiləsi aparılmışdır. Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində bu qəbildən olan müəssisələrə keçirilən başçəkmələri, diqqət yetirilən məsələlərlə bağlı verilmiş məlumatlar müəssisə əməkdaşları tərəfindən maraqla qarşılanmışdır.

Qeyd olunmalıdır ki, ümumilikdə Portuqaliyaya səfər qarşılıqlı əməkdaşlıq, müzakirələr və təcrübə mübadiləsi baxımından səmərəli olmuşdur. 

Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində bu qəbildən olan müəssisələrə keçirilən başçəkmələri, diqqət yetirilən məsələlərlə bağlı verilmiş məlumatlar müəssisə əməkdaşları tərəfindən maraqla qarşılanmışdır.