
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ilk raket hücumunun ildönümü münasibətilə Gəncə şəhər Qələbə parkını ziyarət ediblər.
Ziyarət zamanı terror hücumu nəticəsində şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi ehtiramla yad edilib.