Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

18-09-2023 355 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən  Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Ombudsmanın Cənub Regional Mərkəzi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektoru tərəfindən Vətən müharibəsi şəhidi İbrahim Lələyevin doğum günü münasibətilə ailəsi və məzarı ziyarət olunub.

Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdiyi şücaət və qəhrəmanlıqdan, torpaqlarımızın işğaldan azad edilməsindən, postmüharibə dövründə bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs olunub.

Şəhidin valideynləri göstərilən diqqətə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıqlarını bildiriblər.