Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi tərəfindən həmkarlar ittifaqlarının kadr və fəalları üçün mühazirə oxunub

04-10-2023 187 dəfə oxunub
Ombudsmanın nümayəndəsi tərəfindən həmkarlar ittifaqlarının kadr və fəalları üçün mühazirə oxunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında mövcud olan əməkdaşlıq çərçivəsində ölkəmizdə fəaliyyət göstərən həmkarlar ittifaqlarının kadr və fəalları üçün təşkil edilən ixtisasartırma və yenidənhazırlanma kurslarının proqramına insan hüquqları üzrə də bir sıra aktual mövzular daxil edilərək tədris olunur.

Növbəti kursda Aparatın Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov tərəfindən “İnsan hüquqlarının beynəlxalq hüquqi standartları” mövzusunda mühazirə oxunub.

Dinləyicilərə beynəlxalq və regional təşkilatlar tərəfindən qəbul olunmuş insan hüquqları sahəsində mühüm əhəmiyyətə malik hüquqi aktlar, iştirakçı dövlətlərin həmin sənədlərdən irəli gələn öhdəlikləri, beynəlxalq müqavilələrin icrası üzrə nəzarət mexanizmləri barədə məlumat verilib, mövzu üzrə suallar cavablandırılıb.