Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Uşaq Psixonevroloji Mərkəzinə başçəkmə həyata keçirilib

15-09-2023 332 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Uşaq Psixonevroloji Mərkəzinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaq Psixonevroloji Mərkəzinə başçəkmə həyata keçirilib. 

Başçəkmədə məqsəd müəssisədə uşaqların hüquqlarının təmini vəziyyətinin, saxlanma şəraitinin yoxlanılması, eləcə də uşaqlarla rəftar məsələlərinin, tibbi-sosial, psixoloji və pedaqoji xidmətlərin keyfiyyətinin, sənədləşmə işinin araşdırılması olub. 

Ombudsmanın Aparatının ixtisasca psixoloq və sosial işçi olan əməkdaşlarının, habelə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin ekspertinin iştirakı ilə həyata keçirilən başçəkmə çərçivəsində müəssisənin yataq, yemək, idman, reabilitasiya və digər inzibati otaqlarına baxış keçirilib, uşaqların hüquqlarının təmini, onların asudə vaxtının təşkili, qida təminatı və sənədləşmə işinin aparılması ilə bağlı vəziyyət araşdırılıb.

Monitorinq zamanı müşahidə olunan çatışmazlıqlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb, onların aradan qaldırılması, saxlanma şəraitinin təkmilləşdirilməsi və uşaqların hüquqlarının təmini istiqamətində müvafiq tövsiyələr verilib.