Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

01-10-2023 240 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova çıxış edərək, qadın hüquqlarının müdafiəsinin və gender bərabərliyinin təmin edilməsinin Müvəkkilin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edilib ki, Ombudsman təsisatı BMT və digər beynəlxalq təşkilatlarla bu sahədə səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir.

L.Zeynalova Ombudsman təsisatı tərəfindən insan hüquqlarının təmin olunması, ayrı-seçkiliyə yol verilməməsi, dövlətdə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verilməsi məqsədilə geniş fəaliyyət həyata keçirildiyini bildirib.

Bundan əlavə, qadın sahibkarlığının inkişafı üçün daha əlverişli mühitin yaranması, qadınların İKT sahəsində rolunun artırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Tədbirdə rəy və təkliflər səslənib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.