Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr edilmiş qlobal konfransda iştirak ediblər

01-10-2023 226 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr edilmiş qlobal konfransda iştirak ediblər

YUNESKO-nun, Oksford Universitetinin Hüquq fakültəsinin, Bonavero İnsan Hüquqları İnstitutunun və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə 28 Sentyabr - Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr olunmuş “İnformasiya əldə etmək üçün onlayn məkanın əhəmiyyəti” mövzusunda qlobal konfrans keçirilib.

Konfransda Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova onlayn formatda iştirak ediblər.

Tədbirdə fundamental insan hüquqlarının təmin edilməsi naminə internetə və digər rəqəmsal texnologiyalara səmərəli çıxışın təmin olunmasının, internet məhdudiyyətlərinin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin internetin yaratdığı problemlər və imkanlar, onlayn informasiya əldə etməyin əhəmiyyəti, hüquqların həyata keçirilməsinin asanlaşdırılmasında internetə çıxışın rolu barədə müzakirələr aparılıb.