Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışı ilə bağlı Ombudsmanın reaksiyası

03-03-2024 892 dəfə oxunub
Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışı ilə bağlı Ombudsmanın reaksiyası

Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.

Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanmışdır.

İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olmuş və ya xəsarət almışdır.

Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir.