Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Akademiyasında mühazirə təşkil edilib

13-03-2024 1329 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Akademiyasında mühazirə təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunan insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planının icrası davam etdirilir.

Bu fəaliyyət çərçivəsində keçirilən hüquqi maarifləndirmə tədbirləri hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələrində də təşkil olunur.

Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda keçirilmiş mühazirə Ombudsman Aparatı rəhbərinin müavini, Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə tərəfindən tədris edilib.

Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin  insan hüquqlarının müdafiəsi, müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirilməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verilib, habelə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun müddəaları tədris olunub.

R.Rumzadə tərəfindən BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar milli və xarici ölkə təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılıb.

Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində, o cümlədən MPM qismində həyata keçirdiyi fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanıb, onların mövzu üzrə sualları cavablandırılıb.