Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin rəhbəri qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə mövzusunda maarifləndirici tədbirlərdə iştirak edib

21-08-2023 11169 dəfə oxunub
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin rəhbəri qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə mövzusunda maarifləndirici tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov “Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi”nin “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi” layihəsi ilə bağlı İsmayıllı və Zaqatala rayonlarının uşaq və ailələrə dəstək mərkəzlərində keçirilmiş maarifləndirici tədbirlərdə iştirak edib.

Çıxışı zamanı P.Məmmədov qadın və uşaqların hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib, bu sahədə aparılmış hüquqi maarifləndirmə tədbirləri, Müvəkkilin müvafiq qurumlar qarşısında qaldırdığı təklif və tövsiyələr, həmçinin 916 Çağrı Mərkəzi barədə məlumat verib.

Tədbirlərdə qeyd olunan rayonların uşaq və ailələrə dəstək mərkəzlərinin direktorları, psixoloqlar və digər icma nümayəndələri çıxış edərək fikirlərini bölüşüblər.