Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmələr davam etdirilir

18-08-2023 357 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Başçəkmədə məqsəd bu müəssisədə yaşayan, abilitasiya və reabilitasiyaya cəlb olunmuş uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılması olub.

MPQ üzvlərinin, həkim və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, reabilitasiya otaqlarına, yeməkxana və mətbəxinə, asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib. Eyni zamanda, müəssisədə yaşayan uşaqlara yanaşmalar, habelə müəssisə rəhbərliyi, əməkdaşlar və tibb işçiləri ilə fərdi və hüquqi maarifləndirici söhbətlər əsasında mövcud vəziyyət öyrənilib.

Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən sosial xidmət müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.