Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında ÜST nümayəndələri ilə görüş keçirilib

16-08-2023 277 dəfə oxunub
Ombudsman Aparatında ÜST nümayəndələri ilə görüş keçirilib

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə nümayəndəliyinin regional məsləhətçisi Peter Hyus ilə görüş keçirib.

Görüşdə ÜST-nin ölkə nümayəndəliyi tərəfindən həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” adlı layihə barədə müzakirə aparılıb, həkimlərin, psixoloqların, sosial işçilərin postmüharibə dövründə əhaliyə psixoloji və sosial yardım göstərməsi üçün bilik və bacarıqlarının artırılması ilə bağlı görülən işlərə toxunulub. Eyni zamanda, müharibə veteranlarının, şəhid ailələrinin üzvlərinin, məişət zorakılığından zərər çəkən şəxslərin hüquqlarının təmini məqsədilə həyata keçirilən tədbirlərdən danışılıb.

A.Səfixanlı qonaqları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bu istiqamətdə fəaliyyəti, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri barədə məlumatlandırıb. Ombudsmanın təşəbbüsü əsasında şəhid ailələri, müharibə veteranları, hərbi əməliyyatlar zamanı zərər çəkmiş mülki şəxslər üçün ödənişsiz tibbi-psixoloji yardım aksiyalarının təşkil edildiyi, habelə 916 Çağrı Mərkəzinin müraciətlərin qəbulu ilə əlaqədar 24 saat fəaliyyət göstərdiyi bildirilib. Əlavə edilib ki, Ombudsmanın regional mərkəzləri tərəfindən davamlı olaraq bu mövzuda əhali qrupları ilə iş aparılır, mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.

Bundan başqa, azad edilmiş ərazilərə səfər edən və ya orada çalışan çoxsaylı insanların Ermənistan tərəfindən basdırılmış mina və digər hərbi sursatların partlaması nəticəsində ağır bədən xəsarətləri aldığı, bu baxımdan həmin şəxslərə psixoloji dəstək göstərilməsinə və onların hüquqlarının təmininə diqqətin artırılmalı olduğu vurğulanıb.

Görüş zamanı Ombudsman Aparatı ilə ÜST arasında birgə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.