Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmələr həyata keçirilib

16-08-2023 286 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələr həyata keçirilib.

“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisədə saxlanma şəraiti, rəftar məsələlərinin monitorinqi və bir sıra təqsirləndirilən şəxslərin qəbul edilməsi olub.

Başçəkmələr zamanı bir sıra şəxslərlə, o cümlədən Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə konfidensial qaydada görüş keçirilib, onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Eyni zamanda, bir sıra şəxslərin Ombudsmana ünvanlanmış ərizələri qəbul edilib, bəzi müraciətləri yerində təmin olunub.

Başçəkmələrin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.