Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Penitensiar Xidmətin müəssisələrində Ombudsmanın tövsiyələri icra olunur

15-08-2023 301 dəfə oxunub
Penitensiar Xidmətin müəssisələrində Ombudsmanın tövsiyələri icra olunur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı ilə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrin monitorinqi davam etdirilir.

Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmələr Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə və İxtisaslaşmış Müalicə Müəssisəsinə həyata keçirilib.

Əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilmiş başçəkmələrdə məqsəd əvvəlki başçəkmələrlə bağlı verilmiş tapşırıqların icrası vəziyyətinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunmasının, rəftar və saxlanma şəraitinin, tibbi xidmətin əlçatanlığının, sənədləşmənin araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı Penitenisar Xidmətin hər iki müəssisəsində tövsiyələrə uyğun olaraq təmir işlərinin aparıldığı müşahidə olunub.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr çərçivəsində fərdi və konfidensial qəbullar zamanı məhkumların hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Başçəkmələr çərçivəsində Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Yekunda MPQ-nin üzvləri tərəfindən müəssisələrin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbət aparılıb, habelə saxlanma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.