Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

04-04-2024 1083 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planının icrası çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü Gimnaziyasında “Uşaqlara qarşı zorakılığın yolverilməzliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov iştirakçılara Müvəkkilin uşaq hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti, həmçinin bu sahədə mövcud olan milli qanunvericilik aktları və beynəlxalq sənədlər barədə ətraflı məlumat verib.

İnteraktiv şəkildə davam edən müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.