Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib

14-09-2023 164 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin  4 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinə tematik başçəkmə həyata keçirilib. 

Başçəkmənin məqsədi qadın məhkumların saxlanma şəraitinin, kameraların vəziyyətinin, şəxsi gigiyena və sanitariya şəraitinin, tibbi və psixoloji xidmətin təşkili işinin, qidalanma məsələlərinin araşdırılması, qadın məhkumların hüquqlarının həyata keçirilməsi və onlara əməl olunmasına dair məsələlər ilə bağlı məlumatlandırma, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Qanunda nəzərdə tutulmuş bü cür müəssisələrdən  azad edilmiş şəxslərə verilən təminatlar, dövlət tərəfindən təyin edilən yardım və sosial adaptasiyaya dəstək mexanizmləri ilə tanışlıq və istiqamətləndirmə işinin aparılması olmuşdur. 

Penitensiar müəssisənin akt zalına toplanmış 100 nəfərdən ibarət qadın məhbuslara Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının Qanunu, onun tətbiq dairəsi, qanunda nəzərdə tutulmuş cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən ən vacib tədbirlər, həmin şəxslərin məşğulluğunun, təhsil və peşə hazırlığının təşkili, tibbi, sosial, psixoloji və hüquqi yardımın göstərilməsi, onların yaşayış yeri ilə təmin olunması məsələləri barədə həmin şəxslərə məlumat verilmiş, maarifləndirmə xarakterli təqdimatın sosial əhəmiyyəti izah olunmuşdur.                                                                  

Başçəkmənin sonunda qadın məhbuslar fərdi qaydada qəbul edilmiş, müraciətləri dinlənilmiş, , qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bəzilərinin problemləri yerində öz müsbət həllini tapmış, eyni zamanda onlara İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumat verilmişdir.