Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində başçəkmə həyata keçirilib

27-05-2024 1415 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrinə başçəkmə həyata keçirilib.

Əvvəlcədən xəbərdarlıq edilmədən keçirilmiş başçəkmə zamanı 1 saylı sosial xidmət müəssisəsinin sinif otaqlarına, yataqxanalarına, mətbəxinə, yeməkxanasına, tibb və digər inzibati otaqlarına baxış keçirilib, qidalanma, içməli su, habelə isti və soyuq su ilə təminat, asudə vaxtın təşkili, sənədləşmə məsələləri araşdırılıb.

Müəssisədə əvvəlki başçəkmə zamanı aşkar edilən çatışmazlıqlarla bağlı verilmiş tövsiyələrin icrası nəticəsində həmin çatışmazlıqların aradan qaldırıldığı müşahidə edilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisədə yaşayan bəzi uşaqlarla fərdi qaydada söhbət aparılıb, Ombudsmanın səlahiyyəti barədə ətraflı məlumat verilib.

Başçəkmənin sonunda sosial xidmət müəssisəsinin rəhbəri və əməkdaşları ilə yekun söhbət aparılıb, müvafiq tövsiyələr verilib.