Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

29-05-2024 1129 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə çıxışlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun dövlətçilik tarixindəki rolundan bəhs edilib. Qeyd olunub ki, ötən əsrin sonlarında respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdıqda Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb.

Eyni zamanda, Ulu Öndərin strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində islahatların həyata keçirildiyi qeyd edilib.