Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən Qubada şəhid övladları üçün bayram tədbiri təşkil edilib

05-06-2024 934 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən Qubada şəhid övladları üçün bayram tədbiri təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıqda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün bayram tədbiri təşkil edilib. Tədbirdə Ombudsmanın Şimal Regional Mərkəzinin əməkdaşları da iştirak edib. 

Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında yaşayan şəhid ailələrinin iştirak etdiyi tədbirdə aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva çıxış edərək, uşaqlara Ombudsmanın təbriklərini çatdırıb. Eyni zamanda, şəhid ailələrinin hüquqlarının təmini məsələsinin Ombudsmanın daima diqqətində olduğunu və belə tədbirlərin təsisat tərəfindən ölkəmizin digər bölgələrində də keçirildiyini qeyd edib. 

“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova tədbirin keçirilməsinə görə Müvəkkilə təşəkkürünü bildirib.