Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların istismardan və zərərli təsirlərdən müdafiəsi mövzusunda təlim təşkil edilib

06-06-2024 1006 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların istismardan və zərərli təsirlərdən müdafiəsi mövzusunda təlim təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Uşaqların istismardan və zərərli təsirlərdən müdafiəsi” mövzusunda təlim təşkil edilib. 

Təlimdə Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı tərəfindən uşaqların zərərli təsirlərdən mühafizəsi, dövrümüzün aktual problemləri kimi internetin yaratdığı təhlükələr, alkoqollu içkilərin, tütün məmulatlarının, narkomaniyanın uşaqların sağlamlığına mənfi təsirləri və digər məsələlər barədə şagirdlərə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Pedaqoji heyət və şagirdlər təlimin təşkilinə görə Ombudsman təsisatına təşəkkürünü bildirib.