Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman növbəti vətəndaş qəbulu keçirib

14-06-2024 1369 dəfə oxunub
Ombudsman növbəti vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Müvəkkil müraciət etmiş vətəndaşları fərdi qaydada qəbul edib. Bəzi məsələlər yerində həll olunub, digər qaldırılan məsələlərin isə nəzarətdə saxlanılacağı və onların həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib. 

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciət edə biləcəkləri söylənilib.