Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ahıl şəxslər üçün bərabərlik hüququna həsr olunan “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib.

15-06-2024 1033 dəfə oxunub
Ahıl şəxslər üçün bərabərlik hüququna həsr olunan “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bərabərlik hüququna həsr olunan “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil olunub.

Tədbirdə iştirak edən Ombudsman Aparatının əməkdaşı Yeganə Quliyeva ahıl şəxslərin hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib. 

Yekunda ahılların bərabərlik hüquqlarının müdafiəsi və ahıllara göstərilən dövlət qayğısı ilə bağlı məsələlər geniş formada müzakirə olunub, fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.