Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən İnsan Hüquqları Günü münasibətilə silsilə tədbirlər keçirilib

18-06-2024 1416 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən İnsan Hüquqları Günü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən 18 İyun – İnsan Hüquqları Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunduğu və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi bildirilib, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 oyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, Ombudsman tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may - 18 iyun tarixlərinin ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirlərinin keçirildiyi qeyd olunub.

Həmçinin tədbirlərdə ölkəmizdə insa  hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində aparılan islahatlar, o cümlədən Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə iştirakçılara məlumat verilib.