Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman və Aparatın nümayəndələri “N” saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər

04-08-2023 316 dəfə oxunub
Ombudsman və Aparatın nümayəndələri “N” saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Müdafiə Nazirliyi arasında təsdiqlənmiş 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları işğaldan azad olunmuş ərazidə yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.

Başçəkmə zamanı ilk olaraq, hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub, önünə tər güllər düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Ombudsman və Aparatın əməkdaşları şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, hərbi hissənin ərazisində olan əsgər yataqxanası, tibbi məntəqə, yeməkxana və hərbi sirr təşkil etməyən digər obyektlərə baş çəkiblər.

S.Əliyeva “N” saylı hərbi hissənin “Xatirə kitabı”na  ürək sözlərini yazıb, Müvəkkilə hərbi hissə, habelə insan hüquqlarının təmini sahəsində icra edilən tədbirlər və hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti barədə məlumat verilib.

Daha sonra Müvəkkil hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı çıxış edib.

S.Əliyeva və Ombudsman Aparatının əməkdaşları hərbi hissənin yeməkxanasında şəxsi heyətlə birgə nahar edib, qayğıları ilə maraqlanıb, fərdi qaydada söhbət aparıblar.

Sonda Ombudsman hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib, onlara xidmətlərində uğurlar arzu edib, hərbi hissənin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib.