Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilmiş magistr dissertasiyalarının müdafiəsinə sədrlik edib

09-07-2024 1260 dəfə oxunub
Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilmiş magistr dissertasiyalarının müdafiəsinə sədrlik edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuraya sədrlik edib.

Müdafiə prosesində beş magistrantın dissertasiya işləri müdafiəyə təqdim olunub. Məruzələrdən sonra Ombudsman və Şura üzvləri tərəfindən magistrantlara suallar verilib, mülahizələr oxunub, eyni zamanda, mövzu üzrə praktiki məsələlərin müzakirəsi aparılıb.

Yekunda dissertasiya işləri yüksək qiymətləndirilib və magistrantların müdafiəsi başa çatıb. Müvəkkil magistrantların hər birini təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.