Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı Ombudsmanın müraciəti

08-08-2024 505 dəfə oxunub
Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı Ombudsmanın müraciəti

Bu gün indiki Ermənistan ərazisindən sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür.

Tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrdə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilmiş, müxtəlif ağır xəsarətlər almış, həmçinin əsir və itkin düşmüş, girov götürülmüşdür.

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində azərbaycanlıların fundamental insan hüquq və azadlıqları kobud şəkildə pozulmuşdur.

Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı törətmiş olduğu nifrət cinayətləri və nifrət nitqlərinə dair xüsusi hesabatlar və videomaterial hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim etmişdir.

Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlər görməli, bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün həmin ölkəyə ciddi təzyiq göstərməlidir.

 

Qeyd olunan hesabatlar və videomaterialla bağlı keçidlər:

 

https://bit.ly/3WFJvM5

https://bit.ly/3LW5hGg

https://bit.ly/4cikGeR