Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı hüquqi-maarifləndirici görüş keçirilib

13-08-2024 1229 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı hüquqi-maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin təşkilatçılığı, Göygöl rayon İcra Hakimiyyətinin, Göygöl rayonu üzrə gənclər və idman sektorunun və Göygöl Gənclər Evinin dəstəyi ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar gənclərin iştirakı ilə “Gəncin səsi - Gələcəyin səsi” adlı hüquqi-maarifləndirici görüş təşkil edilib.

Görüşdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov gəncləri 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində fəal olmağa çağırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb, həmçinin Seçki Məcəlləsinin müddəalarını diqqətə çatdırıb.

Yekunda mövzu üzrə müzakirələr aparılıb, ilk dəfə səs verəcək gənclərin seçki prosesi ilə bağlı sualları cavablandırılıb.