Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə ahıl şəxslər Şuşa Dövlət Musiqili Dram Teatrında

09-09-2023 206 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə ahıl şəxslər Şuşa Dövlət Musiqili Dram Teatrında

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və dəstəyi ilə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahılların mədəni-kütləvi tədbirlərdə fəaliyyətini artırmaq məqsədilə onların teatr tamaşalarında iştirakı nəzərdə tutulmuşdu. 

Müəssisənin direktoru Samirə Mehdiyevanın və digər əməkdaşların müşayiəti ilə teatra gələn ahıllar mövsümün açılışı ilə bağlı Şuşa Dövlət Musiqili Dram Teatrında nümayiş olunan, görkəmli yazıçımız C.Cabbarlının "Solğun çiçəklər" tamaşasını izləyiblər.

Tamaşadan əvvəl ahıllar Azərbaycan bəstəkarlarının musiqilərini dinləyərək unudulmaz anlar yaşayıblar. Tamaşadan sonra ahıllarımız göstərilən diqqətə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.