Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Jurnalist yazı və Uşaq rəsm müsabiqələri ilə bağlı ELAN

06-11-2024 2249 dəfə oxunub
Jurnalist yazı və Uşaq rəsm müsabiqələri ilə bağlı ELAN

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı və Uşaq rəsm müsabiqələrini elan edir.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çərçivəsində cari ildə hər iki müsabiqə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusuna həsr olunub.

Jurnalist yazı müsabiqəsinin tələbləri:

• Müsabiqəyə ünvanlanmış müəllif yazıları ölkəmizdə çıxan hər hansı bir qəzet və ya saytda dərc olunmalıdır;

• Anket doldurulmalıdır (müəllif haqqında qısa məlumat, əlaqə telefonları), anket forması Ombudsman Aparatının internet səhifəsində müvafiq elanla bağlı xəbərin linkində paylaşılmışdır);

• Müəllifin bir ədəd 4x5 ölçüdə fotoşəkli əlavə edilməlidir.

Uşaq rəsm müsabiqəsinin tələbləri:

• Müsabiqədə 6-18 yaş arası uşaqlar iştirak edə bilərlər;

• Rəsmlər A3 formatda işlənməlidir;

• Anket doldurulmalıdır (iştirakçı uşaq haqqında qısa məlumat, əlaqə telefonları), anket forması Ombudsman Aparatının internet səhifəsində müvafiq elanla bağlı xəbərin linkində paylaşılmışdır);

• İştirakçının bir ədəd 4x5 ölçüdə fotoşəkli (rəsmlə birlikdə) təqdim edilməlidir;

• Rəsm əsəri müsabiqənin mövzusuna uyğun olmalıdır;

• Rəsm mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır (və digər rəsm müsabiqələrinə təqdim edilməmiş olmalıdır).

Qeyd: Müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır. Digər iştirakçılar rəsmləri müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər.

Müsabiqə üçün həm jurnalist yazıları, həm da uşaq rəsmləri 02 dekabr 2024-cü il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, Il qapı) təqdim edilməlidir.

Əlaqə telefonları:

Jurnalist yazıları: (012) 493 94 68

Uşaq rəsmləri: (012) 493 74 22 (ümumi şöbə)

ANKET FORMASI (Jurnalist yazıları üçün)

ANKET FORMASI (Uşaq rəsmləri üçün)