Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan konfransda iştirak edib

02-12-2024 138 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan konfransda iştirak edib

“EMEDIA GROUP” Media Təşkilatı tərəfindən Atatürk Mərkəzində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan “Yaşıl dünya naminə həmrəy olaq, qadın zorakılığına yox deyək!” mövzusunda konfrans təşkil edilib.

Müxtəlif dövlət, özəl qurumların, Milli Məclis deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Aytən Tarverdiyeva çıxış edərək, Ombudsmanın əhalinin həssas qruplarının, o cümlədən qadınların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

O, qadın hüquqlarının təmini, onların təhsili və sağlamlığı ilə bağlı problemlərin həlli, gender bərabərliyi sahəsində mövcud olan stereotiplərin aradan qaldırılması, qadınların ictimai həyatdakı mövqeyinin müdafiəsinin Müvəkkilin diqqət mərkəzində olduğunu bildirib.

Tədbirdə, həmçinin ölkəmizdə həyata keçirilən gender siyasətinin inkişafında əldə olunan irəliləyişlərdən bəhs edilib, gender bərabərsizliyinə qarşı mübarizənin gücləndirilməsinin vacibliyi vurğulanıb.